Millət vəkili: “Çəkmişəm, içmişəm və içəcəyəm…”- "Düşünmürəm, düşünməyəcəyəm!"

Millət vəkili: “Çəkmişəm, içmişəm və içəcəyəm…”-
 "Meşədə vəhşi kimi görünməsən, səni də yeyərlər”

Məhərrəmlik ayı bitib. Artıq neçə gündür ki, paytaxt restoranlarından, şadlıq evlərindən toy-nişan məclislərinin səsi eşidilir.

Miq.Az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa məhərrəmlik ayından sonra başlayan toy adətlərinin vəhşilik əmsalına görə dünyada tayı-bərabəri olmadığını deyib:

"4-5 saat içində 12-15 çeşid keyfiyyəti və müddəti şübhəli yeməyi, əsasən zirzəmilərdə kustar üsulla doldurulan spirtli və spirtsiz içkiləri kiçicik bir mədəyə sığışdırmaq, qəsdən yaradılmış səs terrorundan infarkta hazırlaşmaq, musiqi zövqünü alt-üst edən bağırtı ilə oxuyan manısların cibini pulla dolduran, toy sahibinə dəstək vermək yerinə, şadlıq evlərini zənginləşdirmək xalqımızın illərdir davam edən müqəddəs bir ritualıdır və adam kimi toy edib şənlənməyə qarşı toplumsal bir allergiya mövcuddur. Bu cəmiyyət nədən zərərli olan hansısa vərdişlərdən uzaqlaşmağa qərar verə bilmir? Çəkmişəm, çəkəcəyəm, içmişəm, içəcəyəm, yemişəm, yeyəcəyəm! Ən acınacaqlısı da budur ki, adam "düşünmürəm, düşünməyəcəyəm!" deyir. Yeməyiniz bol, mədəniz gen olsun! Hazırlaşaq toylara. Meşədə vəhşi kimi görünməsən, səni də yeyərlər”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az