Fədayə Laçın məhkəmədə mahnı oxudu

Fədayə Laçın məhkəmədə mahnı oxudu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, Əli Ağami və digər şəxslərin məhkəməsi keçirilib.
 
Miq.az "Qafqazinfo"ya istinafən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə dustaqlar məhkəmə zalına verildikdən sonra F.Laçın mahnı oxuyub.
 
Müğənni şüşə qəfəsdə "Kimlər gəldi, kimlər getdi, bu dünyadan” mahnısını səsləndirib. Daha sonra hakimlər kollegiyası zala daxil olub və F.Laçın ifasını yarımçıq salxayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az