Fədayə Laçının səhhəti pisləşdi

Fədayə Laçının səhhəti pisləşdi

Həbsdə olan müğənni Fədayə Laçının səhhətində problemlər yaranıb. Havaların isti keçməsi müğənninin səhhətini pisləşdirib.


 Miq.az yenicag.az-a istinadən xəbər verir ki,bu barədə  açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı məlumat verib:

"Bilirsiniz ki, Fədayə hepatit xəstəliyindən müalicə olunur. Bu da ağır xəstəlikdir. Son günlər havaların isti keçməsi onun səhhətini daha da pisləşdirib. Çox əziyyət çəkir. Hazırda dava-dərman qəbul edir".

Vəkil istintaqın yekunlaşdığını da bildirib:

"İstintaq yekunlaşıb. Fədayə azadlığa qovuşsa, səhhətindəki problemlərin aradan qaldırılması üçün müalicə kursu alardı".

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az