Fədayənin sevgilisi üçün vida statusu: “Əbədi mənzilin mübarək...”

Fədayənin sevgilisi üçün vida statusu: “Əbədi mənzilin mübarək...”
Hazırda həbsdə olan müğənni Fədayə Laçın sevgilisi "Ooca” ləğəbli avtoritet Etibar Məmmədovun ölümünə münasibət bildirib.

AzNews.az xəbər verir ki, Fədayə Laçın öz instaqram səhifəsində sevgilisinin ölümü ilə bağlı mətbuatda gedən yazıları paylaşıb:
"Allah rəhmət eləsin, əbədi mənzilin mübarək...Təəssüf...”
Qeyd edək ki, müğənni Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) həbs olunub. O, Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. Oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Noyabrın 2-də isə "Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov atışma zamanı öldürülüb.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az