Fərhad ƏliyevEtibar Pirverdiyev tandemi: Azərbaycanın enerji sektoru sabiq nazirin nəzarətinə keçir?

Fərhad Əliyev və Etibar Pirverdiyev tandemi: Azərbaycanın enerji sektoru sabiq nazirin nəzarətinə keçir?

Artıq Fərhad Əliyev Etibar Pirverdiyevin energetika naziri gətirlməsi üçün Türkiyədəki və Azərbaycandakı əlaqələrindən yardım almağa çalışdığı barədə məlumatlar almışıq

"Biri ölməsə, biri dirilməz..."

Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevin qəfil rəhmətə getməsi bir qrup insanı yeni VƏZİFƏ uğrunda hərəkətə keçməyə vadar etmişdir. Uzun illər boyu Azərbaycanın energetika sahəsində çalışan və bu sektora önəmli töhfələr verən Natiq Əliyevin ölümündən yararlanmaq istəyənlərdən birinin "Azərenerji” səhmdar cəmiyyətinin sədri Etibar Pirverdiyev olduğu bildirilir. Bu sevincin isə iki səbəbi var. Birincisi, Natiq Əliyevin Etibar Pirverdiyevin maxniasyalarının və dövləti aldatmaq cəhdlərinin qarşısında böyük maneə olması və bundan doğan şəxsi qisas hissi, ikincisi isə Etibar Pirverdiyevin qarşısında artıq nazir kabinetinin qapısının açılmasıdır.

Nazirlik iddiası
 

Qeyd edək ki, çalışdığı uzun müddət ərzində "Azərenerji" səhmdar cəmiyyətinin sədri Etibar Pirverdiyev haqqında Azərbaycan mətbuatında ciddi büdcə yeyintiləri, maliyyə maxinasiyaları və korrupsiya faktları ilə bağlı rəsmi və qeyri-rəsmi çoxsaylı və çoxçeşidli yazılar dərc olunub ki, bunların da heç biri səhmdar cəmiyyətinin sədri tərəfindən təkzib edilməyib. Həmçinin daha əvvəllər mətbuatda Natiq Əliyevin cənab Pirverdiyevin belə fırıldaq layihələrindən birinin üstünü açdığı və Energetika Nazirliyinin kollegiya iclasında hamının gözü qarşısında "Azərenerji” şefini danlayaraq iclas zalından qovduğu barədə də xəbər yayılmışdı. Həmin kollegiya iclasının səs yazısını bir vaxtlar nazirlikdə çalışmış həmkarımız əldə edə bilmişdi. Artıq Etibar Pirverdyevin oyunlarının qarşısını ala biləcək bu nüfuzlu fiqur həyatda yoxdur. Və demək olar ki, Etibar Pirverdiyevin son zamanlar yaşadığı böyük sıxıntılar da yoxdur. 

Bəzi məlumatlara görə ölkə prezidentinin son zamanlar həyata keçirdiyi islahat planlarına uyğun olaraq hökümətin tətbiq etməyə hazrılaşdığı islahat paketinə görə "Azərenerji” Səhmdar Cəmiyyətinin ləğv edilməsi nəzərdə tutulduğundan və gələcəkdə belə bir qurumun olmayacağından Pirverdiyev bütün energetika sektorunu öz idarəsi altına keçirmək üçün çoxdan çalışmaqdadır. Natiq Əliyevin xəstəliyi və daha sonra dünyasını dəyişməsi isə onun üçün yeni dövrün başlanması anlamına gəlib. Yəni ya Pirverdiyev bütün energetika sektornuna nəzarəti ələ keçirməli, ya da kreslosu ilə vidalaşıb getməlidir. Aldığımız məlumata görə bunu yaxşı bilən Fərhad Əliyevin dəstəyi ilə  Pirverdiyev Natiq Əliyevin dünyasını dəyişməsi xəbərini alan kimi nazir olmaq üçün hərəkətə keçdiyi bildilir.


Eks-məhbus nazirlə əlbirlik

Əvvəllər Fərhad Əliyevlə çox yaxın münasibətləri olan, Fərhad Əliyev bəlli səbəblərdən həbsə atıldıqdan sonra isə müdafiə naziri Səfərbala Əbiyevin himayəsinə sığınan Pirverdiyevin yenidən Fərhad Əliyevin dairəsinə qayıtdığı bildirilir. Belə ki, Səfərbala Əbiyev işdən çıxarılandan və etdiyi cinayətlərə görə sorğuya çəkiləcəyini bildiyindən birdəfəlik xaricə köçdüyündən müvəqqəti "yetim qalmış” Etibar Pirverdiyev yenidən köhnə hamisi və dostu Fərhad Əliyevə sığınıb.
 
Elə Fərhad Əliyevi Azərbaycana dəvət edib və ona Sumqayıt Kimya Sənaye Parkının ərazisində 2,5 ha torpaq sahəsində sürtgü yağları istehsal edən zavodun tikintisinə başlaması ideyasını da Etibar Pirverdiyevin verdiyi bildirilir. Miq.Az-ı məlumatlandıran mənbə bildirir ki, Fərhad Əliyevi arxasına alan Etibar Pirverdiyev əslində Qərb ölkələrində və Türkiyədə Fərhad Əliyevə dost olan gücləri arxasına almış olur ki, bu da ona həm vəzifəsini böyütməkdə, həm də hakimiyyətdə daha samballı təmsil olunmaq imkanı verir. Hazırda isə nazir olmağı hədəfləyən Etibar Pirverdiyevin bununla bağlı artıq Fərhad Əliyevin tam dəstəyini aldığı bildirlir. Və artıq bəzi məlumatlara görə Fərzad Əliyev Etibar Pirverdiyevin mərhum Natiq Əliyevin kürsüsünə oturması üçün Türkiyə və Azərbaycandakı əlaqələrindən yardım istəyib. 

"Təhlükəli uğurlar"

Qeyd edək ki, deyilənlərin nə qədər həqiqət olduğunu başqa bir mənbə vasitəsi ilə ilə  dəqiqləşdirmək istədik və məlum oldu ki, bu gün Etibar Pirverdiyev Fərhad və Rafiq Əliyev qardaşlarının Azərbaycandakı ən etibarlı adamlarından biri hesab olunur. Həmçinin mənbə bildirdi ki, Fərhad Əliyevin Etibar Pirverdiyev vasitəsi ilə Azərbaycanda böyük layihələr həyata keçirməsi istisna olunmur.

Xatırladaq ki, təqribən 1 ay əvvəl cumhuriyyet.az saytı Fərhad Əliyevin Azərbaycanda ciddi siyasi maraqlarının olması ilə bağlı xəbər yaymışdı. Həmin xəbər Fərhad Əliyev tərəfindən təkzib olunmayıb. 

Qeyd olunan məlumatda göstərilirdi ki, həbsdən azad olunduqdan sonra Azərbaycandan kənarda biznesini genişləndirən Fərhad Əliyevin Azərbaycana böyük sərmayə yatırmasının və özünün də ölkəyə qayıtmasının arxasında böyük siyasi hesablar dayanır. 


Saytın yazdığına görə, Fərhad Əliyevin Azərbaycana qayıdıb bizneslə məşğül olmasını Azərbaycan prezidenti İlham Əliyevdən məhz Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan xahiş edib. Ərdoğan oğlu Bilal Ərdoğanı isə Fərhad Əliyevə şərik qoşub və bununla da yatırılan sərmayəni və Fərhad Əliyevin təhlükəsizliyini sığortalayıb. Sayt onu da vurğulayıb ki, Ərdoğana bu göstəriş Graham Fullerdən sonra ABŞ-ın Yaxın və Orta Şərq layihələrindən sorumlu olan Henri J. Berkey tərəfindən verildiyi bildirilir. İddiaya görə, Fərhad Əliyevin özü də Mərkəzi Kəşfiyyat İdarəsinin önəmli simalarından olan Henri Barkeylə təmasları qeydə alınıb.
Qeyd olunan məqalədə göstərilirdi ki, ABŞ-da İlham Əliyev hakimiyyətini Rusiyaya qarşı təminatlı tərəfdaş kimi qəbul etmirlər və bu üzdən də Fərhad Əliyevin Azərbaycana qayıdışı Vaşinqtonun və Ankaranın Rusiyaya qarşı ehtiyat karta olan ehtyacdan doğan zərurət olaraq ortaya çıxıb. Məqalədə bildirilir ki, Fərhad Əliyev mümkün variantlarda Azərbaycanda hakimiyyətə gəlmək üçün ABŞ-ın və Türkiyənin dəstəyini alıb. Faktiki olaraq Fərhad Əliyevin Azərbaycanda hakimiyyətə gətirilmək planı Rusiyanın Azərbaycanda olan nüfuzunun minimuma endirilməsinə planlanıb.

Qeyd olunan məqalədə göstərilirdi ki, ABŞ-da İlham Əliyev hakimiyyətini Rusiyaya qarşı təminatlı tərəfdaş kimi qəbul etmirlər və bu üzdən də Fərhad Əliyevin Azərbaycana qayıdışı Vaşinqtonun və Ankaranın Rusiyaya qarşı ehtiyat karta olan ehtyacdan doğan zərurət olaraq ortaya çıxıb. Məqalədə bildirilir ki, rdtıq demək olar Fərhad Əliyev mümkün varintlarda Azərbaycanda hakimiyyətə gəlmək üçün ABŞ-ın və Türkiyənin dəstəyini alıb. Faktiki olaraq Fərhad Əliyevin Azərbaycanda hakimiyyətə gətirilmək planı Rusiyanın Azərbaycanda olan nüfuzunun minimuma endirilməsinə planlanıb.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Araşdırmalarımız davam edir

Redaksiyadan: Şikayət və məktublarınızı [email protected] ünvanına göndərə bilərsiniz!

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az