Fonda 100 min manat ianə köçürən şəxs hansı nazir müavinin oğludur? – FOTO

Fonda 100 min manat ianə köçürən şəxs hansı nazir müavinin oğludur? – FOTO

Prezident İlham Əliyevin fərmanı ilə 19 mart tarixində yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə kimi 110 milyondan artıq ianə edilib. İanələri köçürənlər arasında həm hüquqi, həm də fiziki şəxslər var.

Verilən məlumatına görə, ölkə başçısının çağırışı əsasında "COVID-19” pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə dəstək olmaq üçün Fonda ianə köçürənlərdən biri də Cavadov Süleyman Gülməmməd oğludur. O, Fonda 100 min manat məbləğində ianə edib.

Foto: Gülməmməd Cavadov
 
Təəssüf ki, bu xeyirxah əməlin yiyəsinin nə işlə məşğul olduğu barədə heç bir məlumat verilmir. Ancaq təqdim edilən fotodan görünür ki, Fonda 100 min manat köçürən şəxs kifayət qədər cavan insandır və onun nə işlə məşğul olduğu marağımızı kəsb etdi. Azinforum.az-ın apardığı araşdırmadan sonra məlum olub ki, xeyriyyəçilik edən şəxs energetika nazirinin müavini Gülməmməd Cavadovun oğludur. Bu xeyriyyəçiliyi edən şəxsin özünün hansı sahədə çalışdığı barədə məlumat əldə edə bilmədik.
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az