"Füzuliyə raket zərbəsi endirilsin, MÜHARİBƏ başlamayacaq..." - Professordan AÇIQLAMA


1949-cu il Cenevrə Konvensiyasına görə, işğalçı qüvvə işğal etdiyi ərazilərdə məskunlaşa bilməz, ora öz mülki əhalisini gətirə bilməz.

Miq.Az xəbər verir ki, bu sözləri ermənilərin Füzulidə yeni kəndin inşasına başlamasına münasibət bildirən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. O bildirib ki, əgər məlumat doğrudursa, həmin o kəndin inşa olunduğu yerə xəbərdarlıq ediləndən 24 saat sonra dərhal raket zərbəsi endirilməlidir:

"Buna bizim tam legitim hüququmuz var. Bu, danışıqlar prosesinə də müsbət töhfə verəcək. Müharibə başlamayacaq, amma bu, ermənilərə dərs olacaq. Vaxt çatıb!”

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az