Fövqəladə Hallar Nazirliyi 92 min manat cərimələndi

Fövqəladə Hallar Nazirliyi 92 min manat cərimələndi
Yasamal Rayon Məhkəməsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati qaydada cərimə olunması ilə bağlı Mərkəzi Bank tərəfindən verilən iddiaya baxılıb.  

Miq.Az xəbər verir ki, məhkəmə iddianı təmin edib və FHN 54180 ABŞ dolları (təxminən 92100 AZN – red.) məbləğində cərimələnib.  

Bundan narazı qalan nazirlik apelyasiya şikayəti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Hazırda iş həmin məhkəmədə araşdırılır.  

Qeyd edək ki, FHN İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinir. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az