““Gelandewagen”in sükanı arxasında Nail Allahverdiyev olub” — DİN-dən AÇIQLAMA

““Gelandewagen”in sükanı arxasında Nail Allahverdiyev olub” — DİN-dən AÇIQLAMA
Ötən gün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov Bakının Heydər Əliyev prospektində "Mercedes Gelandewagen” markalı cipin törətdiyi dəhşətli qəzanin təffərüatları və istintaqın gedişi haqda virtualaz.org saytına ətraflı açıqlama vermişdi.

Bu dəqiqələrdə isə DİN-in mətbuat xidməti virtualaz.org saytının istintaqın gedişi və sürücünün şəxsiyyətinin müəyyən edilməsi haqda sualına cavab olaraq, aparılmış zəruri istintaq tədbirləri nəticəsində qəzanın baş verdiyi ərazidə müşahidə kameralarının görüntülərinin araşdırıldığını və "Mercedes Gelandewagen” markalı yolsuzluq avtomobilinin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyevin olduğu müəyyən edildiyini bildirib.

Adı çəkilən sürücü cinayət məsuliyyətinə cəlb olunacaq.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az