Gənc xanəndələrin ölümü ilə bağlı dəhşət – Təsdiqləndi

Gənc xanəndələrin ölümü ilə bağlı dəhşət – Təsdiqləndi

Gənc xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun ölümü ilə bağlı qeyri-rəsmi iddia yayılıb.

Adının açıqlanmasını istəməyən sənətçinin Axar.az-a verdiyi məlumata görə, hadisə bu gün səhərüzü, saat 05 radələrində, Bərdə istiqamətindəki şosedə baş verib.

"Bizim aldığımız məlumata görə, Miryusifdə 17 bıçaq zərbəsi aşkarlanıb. Novruz Hüseynov isə ümumiyyətlə yoxdur, harada olduğu bilinmir”, - deyə mənbə bildirib.

İlkin ehtimala görə, bu, qəza yox, qətldir.

Miryusif Mirizadənin məşhur xanəndə, əməkdar artist Səbuhi İbayevin yaxın qohumu olduğu da qeyd edilib.

Faktı dəqiqləşdirməyə çalışırıq…

Qeyd edək ki, 2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi"nin iştirakçıları Miryusif Mirizadə (29) və Novruz Hüseynov (28) Ağcabədi-Bərdə yolunda qəzaya düşdüyü və hər ikisinin dünyasını dəyişdiyi barədə Milli.az məlumat yayıb.

***

Əməkdar artist Səbuhi İbayev Axar.az-a açıqlamasında yas yerində olduğunu və danışa bilmədiyini deyib. Ancaq bir kəlmə ilə qəza xəbərini təkzib edib:

"Dəqiq nə baş verdiyini bilmirik. Ancaq qəza deyil..."

***

Miryusif Mirizadənin qətlə yetirildiyi təsdiqlənib.

Bərdə Rayon Prokurorluğundan Report-a verilən məlumata görə, ona 14 bıçaq zərbəsi vurulub. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Eyni zamanda "Mersedes" markalı avtomobilin sahibi olan digər xanəndə Novruz Hüseynov orada olmayıb və hazırda onun da axtarışları aparılır.

Faktla bağlı araşdırma davam etdirilir.



Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az