Gənclərə narkomaniyadan uzaq olmaq üçün rəsm sərgisi

Gənclərə narkomaniyadan uzaq olmaq üçün rəsm sərgisi

İsmayıllıda gənclərə narkomaniyadan uzaq olmaq üçün rəsm sərgisi təşkil olunub

Tədbir Futbolçulara Hüquqi Yardım Mərkəzi” İctimai Birliyinin layihəsi əsasında baş tutub

"Futbolçulara Hüquqi Yardım Mərkəzi” İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr Departamentindən Sputnik Azərbaycana verilən xəbərə görə "Futbolçulara Hüquqi Yardım Mərkəzi” İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "İdman yarışları vasitəsilə gənclərin zərərli vərdişlərdən çəkindirilməsi, onların asudə vaxtının səmərəli təşkili”  layihəsini həyata keçirir.  

Layihənin əsas məqsədini yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi, onların asudə vaxtının səmərəli təşkilində idman oyunları vasitəsilə maarifləndirmək  təşkil edir. 

Layihənin icrası müddətində Narkomaniya ilə mübarizə və sağlam həyat tərzinin təbliği ilə bağlı  "Narkomaniya- könüllü olümdür” mövzusunda start verilmiş rəsm müsabiqəsinin yekunları ilə bağlı  8  iyun 2019- cu ildə İsmayıllı rayonu Rəsm Qalereyasında rəsm əsərlərinin qiymətləndirilməsi və  müsabiqədinin yekunları ilə bağlı tədbir  keçirilmışdır.   
   
Tədbirdə İsmayıllı rayon İcra hakimiyyətinin, İsmayıllı rayon Təhsil şöbəsinin, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin, media, QHT nümayəndələrinin iştirakı və  40-a yaxın rəsm əsərinin və əl işlərinin nümayişi həyata keçirilmişdir. 

 Eyni zamanda tədbir zamanı layihə eksperti tərəfindən zərərli vərdişlər və onlardan necə qorunmaq olar, narkomaniya ilə mübarizədə  qeyri formal metodlar,uşaqların asudə vaxtının  təşkilində idman oyunlarının  rolu və  keciriləcək idman festivalı haqqında  təqdimat etmiş  müzakirələr təşkil olunmuşdur.  "Narkomaniya- könüllü olümdür”  adlı rəsm müsabiqəsinin keçirilməsi problemi dərindən dərk etməklə yanaşı, onun cəmiyyət, ətraf mühit üçün böyük bir bəla olduğunu və rəsm əsərləri vasitəsilə  narkomaniya ilə mübarizə və onun fəsadları haqqında düzgün təsəvvürlərin formalaşması məqsədi daşımışdır.  
   Elan olunmuş müsabiqə şərtlərinə uyğun olaraq təqdim edilmiş  40- a yaxın  rəsm əsərindən ən çox bəyənilən 5 rəsm müəllifləri müsabiqənin qalibləri elan edilmişdir.   
 Qaliblərə  I yer- 1 nəfər, II yer- 2 nəfər və  III yer- 2 nəfər olmaqla diplom və mükafatlar təqdim edilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az