Generaldan İrəvana xəbərdarlıq: “Polonez” və “Lora”…

Generaldan İrəvana xəbərdarlıq: “Polonez” və “Lora”…

Son zamanlar Ermənistanda antirusiya ab-havasının yenidən hökm sürdüyü bir vaxtda Azərbaycanın müasir silah və hərbi texnika almaqla öz hərbi potensialını davamlı şəkildə artırması, həmçinin ən yeni texnologiyaların tətbiqi ilə keçirdiyi hərbi təlimlərdə ordusunun döyüş qabiliyyətini yüksəltməsi bir çox dost ölkələri sevindirsə də, Ermənistanın hərbi-siyasi rejiminin əməlli-başlı təşvişə düşməsinə və narahatlığının daha da artmasına ciddi təsir göstərir.

Axar.az xəbər verir ki, bu sözləri İrəvanda Rusiya və Ermənistanın siyasi dairələrinin nümayəndələrinin iştirakı ilə keçirilən yeni yaradılmış "Lazarev klubu”nun ilk iclasındakı çıxışlar zamanı səsləndirilən fikirləri şərh edən ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib. O bildirib ki, iclasda diqqəti cəlb edən çıxışlardan birini də MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyev edib:

"O öz çıxışı zamanı Azərbaycanın hərbi gücünün istər kəmiyyət, istərsə də keyfiyyət baxımından Ermənistandan daha üstün olduğunu qeyd edib. V.Yevseyev məhz Rusiyanın Ermənistana verdiyi "İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin bu ölkəni Azərbaycanın təhdidlərindən qoruduğunu xüsusilə diqqətə çatdırıb.

Ehtiyatda olan podpolkovnik V.Yevseyev bilməlidir ki, Rusiyanın Ermənistanda yerləşdirdiyi "İsgəndər” əməliyyat-taktiki raket kompleksləri istər dəqiqlik, istərsə də dağıdıcı qüvvə baxımından Azərbaycanın Belarusdan aldığı "Polonez” yaylım atəşli reaktiv sistemlərinə bütün parametrlərinə görə uduzur. Bütövlükdə isə "İsgəndər” əməliyyat-taktiki raket kompleksləri köhnə olmaqla yanaşı, həm də onun hədəfin vurulmasında yüksək dəqiqlik nümayiş etdirə bilməyəcəyi ehtimalları bu silahın müasir döyüş əməliyyatlarında tətbiqini bu günədək əngəlləyir. Təbii ki, külüng və beldən başqa bir şey görməyən keçmiş hərbçi Yevseyev bunu haradan bilsin”.

Y.Aydəmirov vurğulayıb ki, "Polonez” və "Lora”lar Azərbaycan Ordusunun üstünlüyünü təsdiq etməklə düşmən ölkənin ərazisində olan bütün hərbi və strateji obyektləri məhv etməyə qadirdir:

"Əgər Ermənistan rəhbərliyi unudubsa, onlara bunu xatırladım”.

Miq.Az







İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az