Generaldan şok iddia: “Rusiya keçmiş sovet respublikalarına qarşı...”

Generaldan şok iddia: “Rusiya keçmiş sovet respublikalarına qarşı...”

"Rusiya dünyanın sabitliyini pozur, ABŞ və müttəfiqləri üçün təhlükə yaradır”.

Miq.Az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbəri və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin komandanı general Tod Uolters deyib.

"Beynəlxalq ictimaiyyətin qınağına və iqtisadi sanksiyaların davam etməsinə baxmayaraq, Rusiya dünyada sabitliyi pozmağa yönələn təhlükəli davranışlara yol verir, bu hərəkətlərin bir çoxu Avropada həyata keçirilir. Rusiya ABŞ və avropalı müttəfiqlərimiz üçün təhlükə yaratmağa davam edir”, - Uolters vurğulayıb.

General Rusiyanın sovet ittifaqı dövründəki təsir dairəsini qorumağa çalışdığını və qonşu ölkələri buna məcbur etmək üçün güc tətbiq etdiyini deyib.

Uolters Rusiyanın ABŞ və müttəfiqlərini qorxutmaq, zəiflətmək və parçalamaq üçün özəl hərbi şirkətlər kimi qeyri-ənənəvi vasitələrə əl atdığını iddia edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az