Generalın bacısı oğluna vəzifə verildi

Generalın bacısı oğluna vəzifə verildi
Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə yeni rəis təyin olunub.

Miq.az Azvision.az -a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsinə polis polkovnik-leytenatı Samir Həsənov təyinat alıb.
Samir Həsənov yeni təyinatadək Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisi olub. O, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərovun bacısı oğludur. 
Xatırladaq ki, bundan əvvəl Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin rəisi olmuş polis polkovniki Ədalət Sadıqov may ayında vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az