Generalla polkovnikin SAVAŞINA: Hərbi ekspertdən REAKSİYA

Generalla polkovnikin SAVAŞINA: Hərbi ekspertdən REAKSİYA

Əziz dostlar! Hörmətli həmkarlar!

Təvazökarlıqdan uzaq da olsa bir məsələni diqqətinizə çatdırmaq istərdim ki, mənim üçün haqq-ədalət hər zaman hər şeydən üstün olub və bu prinsipə sadiq qalmağı özümə borc bilmişəm. Və mətbuatı izləyən, xüsusən də güc strukturları ilə bağlı müxtəlif, həm müsbət, həm də mənfi məlumatları ictimailəşdirmişəm. 

6 il bundan öncə yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə bağlı da həm müsbət, həm də tənqidi çıxışlarım olub. Amma, hazırda haqqında bəhs etmək istədiyim məsələdə mən SHXÇDX-nin rəisi general-leytenant Arzu Rəhimovun haqlı mövqeyini müdafiə edir və səbəblərini də izah etməyə çalışıram. Hesab edirəm ki, hamı qanun qarşısında bərabər olduğuna görə, Xidmət rəisi olaraq generalın qəbul etdiyi qərara hörmətlə yanaşılmalı və digər şəxslər də qəbul olunmuş qərarın gələcəkdə onlara da şamil edilməsinin vacibliyini unutmamalıdırlar.

Yəqin ki, çoxlarınıza artıq polkovnik Ağaverdi Fəttahov imzası yaxşı tanışdır. Bu zabit yoldaşımız, o vaxt ehtiyatda olan polkovnik-leytenant kimi bir müddət bundan öncə həm yazılı, həm də video müraciətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hazırkı rəhbərliyi ilə bağlı narazılıqlarını dilə gətirib, uzun müddət mətbuatın gündəmini zəbt etmişdi. Və günlərin bir günü verilən xəbərlərdən biri o oldu ki, SHXÇDX-nin rəisi general-leytenant Arzu Rəhimov əsl kişilik və insanlıq nümunəsi göstərərək çoxsaylı QHT və hərbyönümlü təşkilat rəhbərlərinin də müraciətlərini nəzərə alaraq Ağaverdi Fəttahovu ...birbaşa rayon idarələrindən birinin rəisi kimi xidmətə çağırdı və ona tutduğu vəzifəyə uyğun olaraq bir müddət sonra polkovnik hərbi rütbəsi də verdi. Bunun özü Azərbaycan reallıqlarını bilən çoxları üçün, elə gizlətmirəm ki, şəxsən mənim özüm üçün də gözlənilməz olsa da, bu fakt idi. Və bu addımına görə mənim general Arzu Rəhimova hörmətim xeyli artdı. Daha sonra, generalın fəaliyyətini bir müddət tənqid edən adam kimi onun digər qərar və addımları ilə dərindən maraqlandığım vaxtı elə müsbət, elə pozitiv faktlarla üzləşdim ki, sadəcə bəzi hallarda ona qarşı haqsız olduğuma görə bir az özümü məzəmmət də elədim. 

İndi isə baxıram artıq polkovnik Ağaverdi Fəttayev yenə həm yazılı, həm də video müraciətlə Xidmət rəhbərinin "qabırğasına" döşüyür. 
Çox üzülürəm belə hala. Axı bunun özü də böyük haqsızlız olmaqla yanaşı, həm də qanunlara hörmətsizlikdir. Əslində isə general Arzu Rəhimovun qəbul etdiyi qəararlara təkcə Ağaverdi Fəttadayev deyil, xidmətdə olmanın son yaşına çatan bütün zabit və gizirlər, MAXE-lər də, elə mülki şəxslər də sayğı ilə yanaşmağa borcludurlar. Bu addım təkcə SHXÇDX-də deyil, bütün güc strukturlarında tətbiq olmalıdır. Və mən Xidmət rəisi Arzu Rəhimovun bu addımını təqdir etməklə, digər rəhbər şəxslərə də nümunə kimi istifadə etmələrini tövsiyyə edirəm. 

Gənc və perspektivli zabitlər zaman-zaman irəliyə çəkilməli, onlara şərait yaradılmalıdır ki, onlar həm vəzifə pillələrində, həm də hərbçi kimi özlərinə peşə seçdikləri sahələrdə rütbələrdə də artsınlar. 

İndiki halda mən hörmətli polkovnik kimi ən yüksək hərbi rütbələrdən birinə məhz general-leytenant Arzu Rəhimovun imzası ilə layiq görülmüş Ağaverdi Fəttadayevə bir döyüş keçmiş zabit kimi məsləhət görərdim ki, o bütün bu xoş olmayan söz-söhbəti dayandırsın və hörmətli Xidmət rəisi ilə mehribancasına görüşüb, sağollaşsın. Bunun özü həm ona polkovnik kimi şərəf gətirər, həm də bir qədər sərt də olsa yazmalıyam ki, onun elədikləri indiki halda bir az nankorluq təsiri bağışlayır. 
Tanrı həyatda yaxşılıqları etmiş bütün insanları və yaxşılıqları heç zaman unutmasın!!!

 
Üzeyir Cəfərov 
hərbi ekspert, ehtiyatda olan olan polkovnik-leytenant 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az