Gərginlik pik həddə: Fransa İngiltərəni hədələdi – “Səkkiz gün ərzində...”

Gərginlik pik həddə: Fransa İngiltərəni hədələdi – “Səkkiz gün ərzində...”

"İngiltərə sularında fransız balıqçılara balıq tutmaq üçün lisenziya verilməyəcəyi təqdirdə, səkkiz gün ərzində adekvat addım atacağıq”.

Teleqraf.com xəbər verir ki, bunu Fransanın Avropa Birliyi (AB) işləri üzrə dövlət naziri Klement Bon deyib.

Bon açıqlamasında bu problemlə əlaqədar çox səbirli olduqlarını və İngiltərənin fransız balıqçılara lazımi lisenziyanın məlumat çatışmazlığı yox, siyasi səbəblərdən verilmədiyini söyləyib. Bunun təkcə Fransa üçün deyil, Avropa üçün də problem olduğunu bildirən Bon avropalı tərəfdaşlarını bu mövzuda səfərbər etdiklərini qeyd edib.

Bon İngiltərənin fransız balıqçılarına lisenziya verməməyə davam edəcəyi və bu yöndə müsbət siqnal almayacaqları təqdirdə, 8 gün ərzində Fransa və ya Avropa səviyyəsində adekvat addım atacaqlarını vurğulayıb.

Bu il Avropa Birliyi və İngiltərə arasında balıq ovu kvotalarının müəyyən edilməsi ilə bağlı razılaşma əldə olunub. Bu anlaşmadan sonra İngiltərə fransız balıqçılarına öz ərazi sularında fəaliyyət göstərməsinə icazə vermir. İngilis hökumətinin bu addımı tərəflər arasında gərginliyə səbəb olub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az