Girovluqdan azad edilən Şahbaz Quliyevin ailəsində FACİƏ - FOTO
2014-cü ilin yayında Kəlbəcərdə erməni silahlı birləşmələri tərəfindən girov götürülən və keçən ilin 14 dekabr tarixində azad edilərək Bakıya gətirilən Şahbaz Quliyevə ağır itki üz verib.
Publika.az xəbər verir ki, 6 il yarım oğlunun əsirlikdə olduğundan xəbərsiz qalan, onu gözüdolusu görməyən Sənəm Quliyeva dünyasını dəyişib.
Qeyd edək ki, Şahbaz Quliyev hələ də xəstəliklə mübarizə aparır və xəstəxanada müalicə olunur.
Allah rəhmət eləsin!