Goranboyda güllələnən şəxs öldü

Goranboyda güllələnən şəxs öldü

Dünən Goranboyda baş vermiş silahlı insident nəticəsində güllə yarası alan rayon sakini, 1999-cu il təvəllüdlü Əmrahov Lətif Xaliq oğlu dünyasını dəyişib. 

Miq.Az Bakupost.az-a istinadən xəbər verir ki, həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, mübahisə edən gəncləri sakitləşdirmək üçün onlara yaxınlaşan polis əməkdaşı Vüsal Kərimovla mühafizə polisi Səfər Həsənovu həmin şəxslər döyüblər. V.Kərimov havaya xəbərdarlıq atəşi açanda güllə Lətif Əhmədovun gözündən dəyib, daha sonra onun qardaşı Təbriz Əhmədov silahı polisdən alaraq V.Kərimovun başına qundağı ilə vuraraq xəsarət yetirib.
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az