Gorus-Qafan yolu İran TIR-ları üçün BAĞLANDI

Gorus-Qafan yolu İran TIR-ları üçün BAĞLANDI

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində yerləşdirilmiş polis və gömrükçülər İranın yük maşınları ilə yanaşı, həmin ölkədən gələn avtobusları da yoxlamağa başlayıblar. Bu gün isə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Gorusdan Qafana gedən yolu İranın yük maşınları üçün bağladığı haqda informasiya yayılıb.  

Miq.Az Haqqin.az-a istinadən  xəbər verir ki, Gorusun çıxışında Qafana buraxılmayan onlarla İrandan gələn yük maşını toplaşıb. Bildirilir ki, iranlı sürücülərin çoxu Gorus istiqamətində gedərkən pulları olmadığından cərimə ödənişini etməyiblər. 

Onların sözlərinə görə, Ermənistan polisi və MTX  iranlı sürücülərə kənar yoldan istifadə etməyi məsləhət görüblər. Lakin yük maşınları həddindən artıq böyük olduğundan sözügedən bu dar yolla hərəkət etməkdə çətinlik çəkirlər. Qeyd olunur ki, bu yoldan istifadə edən bir neçə sürücü qəza törədib.

"Əsas səbəb odur ki, onlar ödəniş edə bilməsələr, müxtəlif problemlər yarana bilər"-, deyə Ermənistan KİV yazır.

Qeyd edək ki, son günlər İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılmışdı. Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb. Bununla bağlı Azərbaycanın Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində polis postu qoyulub. Burada İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət olunur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az