Gündə 15 dəqiqə gözəl şeylər haqda düşünsəz...

Gündə 15 dəqiqə gözəl şeylər haqda düşünsəz...
Tibetli rahib Matye Rikar planetin ən xoşbəxt adamı kimi tanınsa da, etiraf edib ki, bu, belə deyil.
 
Miq.az  musavat.com-a istinadən bildirir ki, onun dediyinə görə, dünyada elə hadisələr var ki, onu qəmgin edir, tam xoşbəxt olmasına imkan vermir. 70 yaşlı buddistin dediyinə görə, jurnalistlərin ona qoyduğu "dünyanın ən xoşbəxt adamı" titulu o qədər də ona uyğun deyil: "Mən dünyada daha xoşbəxt rahiblər tanıyıram".
Rikar bildirib ki, xoşbəxtliyin sirlərindən biri də gündə 15 dəqiqə boyunca gözəl şeylər barədə düşünməkdir. Bundan başqa, o, insanların müqayisələrə çox əhəmiyyət verməməsinin vacibliyindən danışıb. Deyib ki, müqayisə hər zaman xoşbəxtliyi öldürür. Onun sözlərinə görə, xoşbəxtlik daim məşq etməli olduğumuz vərdişdir. Rikar bir neçə gün fasiləsiz olaraq meditasiya ilə məşğul olmaq qabiliyyətinə malikdir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az