Gürcüstan hərbçilərinə hücum edildi: Yaralılar var

Gürcüstan hərbçilərinə hücum edildi: Yaralılar var

Əfqanıstandakı Bahram hərbi bazasına edilən silahlı hücum zamanı Gürcüstanın 5 hərbi qulluqçusu yaralanıb.

"Miq.Az" xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, terror hücumu zamanı 12-ci taborda xidmət aparan Qoça Muradaşvili, Soso Kvinikadze, Roman Qiunaşvili, David Baxurauli və İlya Takadze xəsarət alıblar. Onların həyatı üçün təhlükə yoxdur. Gürcü hərbçilər öz xahişləri ilə sülhməramlı qüvvələrin tərkibində antiterror əməliyyatlarında xidmətlərini davam etdirirlər.

Müdafiə Nazirliyinin İdarəetmə Mərkəzi fövqəladə vəziyyət rejimində çalışır. Müdafiə naziri İrakli Qaribaşvili və silahlı qüvvələrin komandanı, general-leytenant Vladimir Çaçibaya vəziyyəti nəzarətdə saxlayırlar.

Gürcüstanın hərbçilərinin olduğu 12-ci tabor bu ilin noyabrından Bahram hərbi bazasında "Qətiyyətli dəstək” missiyasını yerinə yetirir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az