Gürcüstan, Türkiyə və Azərbaycan birgə təlimlər keçirəcək

Gürcüstan, Türkiyə və Azərbaycan birgə təlimlər keçirəcək
"Gürcüstan, Türkiyə və Azərbaycan bu ilin iyun və sentyabr aylarında birgə təlimlər keçirməyi planlaşdırır".

Miq.az  Trend-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Levan İzoria azərbaycanlı həmkarı Zakir Həsənovla görüşündən sonra deyib.

Onun sözlərinə görə, bu planları müzakirə etmək üçün mayın 23-ü Türkiyənin müdafiə naziri Fikri İşığın da qatılacağı üçtərəfli görüş keçiriləcək.

L.İzoria qeyd edib ki, 4-14 iyun tarixlərində Türkiyədə hər üç ölkənin xüsusi əməliyyat qüvvələrinin iştirak edəcəyi "Caucasus Eagle" təlimləri keçiriləcək.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az