Gürcüstanda Azərbaycan vətəndaşlarının olduğu taksi̇yə si̇lahlı basqın oldu

Gürcüstanda Azərbaycan vətəndaşlarının olduğu taksi̇yə si̇lahlı basqın oldu
Gürcüstan-Azərbaycan sərhədində yerləşən "Sınıq körpü" sərhəd-keçid məntəqəsi yaxınlığında taksiyə silahlı basqın olub.

Miq.az "Report"a istinadən xəbər verir ki, taksidə Gürcüstana səfər edən Azərbaycan vətəndaşları olub.
Bu gün səhər baş verən insident zamanı cinayətkarlar taksinin yolunu avtomobillə kəsiblər. Onlar maşından çıxaraq taksi sürücüsünü döyməyə başlayıblar. Taksidə olan Azərbaycan vətəndaşlarının da xəsarət aldıqları bildirilir.
Basqınçılar pul və maşının açarını götürərək hadisə yerindən qaçıblar.
Taksi sürücüsünün oğlu Aynur Məmmədovun bildirdiyinə görə, cinayətkarlar BMW maşınında olublar: "Maşından 4-5 nəfər maskalı şəxs çıxdı və qazlı silahdan atəş açdılar. Maşındakıların hamısı huşunu yarı itirmiş vəziyyətdə olub. Atamı amansızcasına döyüblər. Sərnişinlərə də fiziki güc tətbiq ediblər, lakin onların vəziyyəti elə də ağır deyil".
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı basqın maddəsi ilə cinayət işi açıb. Cinayətkarları 5 ildən 7 ilədək həbs cəzası gözləyir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az