Gürcüstanda azərbaycanlı narkotik alverçiləri saxlanılıb

Gürcüstanda azərbaycanlı narkotik alverçiləri saxlanılıb
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonu və Tbilisinin Poniçala qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirilib.

"Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, xüsusi əməliyyat zamanı narkotik vasitələrin qanunsuz saxlanılması və satışında şübhəli bilinən dörd azərbaycanlı saxlanılıb.
İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər sistematik olaraq narkotik vasitələrin satışı ilə məşğul olublar. Onların üzərində və evlərində axtarış zamanı 8 bağlama heroin və narkotik tərkibli müxtəlif həblər müsadirə edilib.
Saxlanılan şəxsləri 7 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az