Gürcüstanın dövlət naziri azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik etdi

Gürcüstanın dövlət naziri azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik etdi
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ölkənin müsəlman vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.

Miq.Az xəbər verir ki, o, Gürcüstanın etnik, dini və mədəni müxtəlifliyini ölkənin əsas nailiyyəti adlandırıb.

K. Tsixelaşvili bu müxtəlifliyin qorunub saxlanılması və möhkəmləndirilməsinin önəmini vurğulayıb: "Bu gün koronavirusun bütün dünyaya yayılması təhlükəsi olduğu bir çətin dövrdə sizin hamınıza möhkəm cansağlığı arzu edirəm. İnanırıq ki, biz bu problemin öhdəsindən birgə səylər və həmrəyliklə gələcəyik. Qoy, bu gün vətənimizə və hamımıza sülh, əmin-amanlıq və sevinc gətirsin”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az