Göyçayda rüşvət: hakim ananı küçələrdə qoyub - FOTOLAR

Göyçayda rüşvət: hakim ananı küçələrdə qoyub - FOTOLAR

Göyçayın Potu kəndində yaşayan Ülviyyə Allahverdiyeva vizual.az-a müraciət edib.

O, yerli məhkəmə hakimlərinin qanunsuz əməllərindən giley edir. Şikayətçinin sözlərinə görə, iki körpə uşaqla qanunsuz olaraq evsiz qalıb:

"Göyçay rayon Məhkəməsinin korrusiyaya qurşanmış hakimi Fərhad Əfəndiyevin barəsində tədbir görəsiniz. Belə ki, Allahverdiyev Müşfiq Ağayusif oğlu ilə 29 noyabr 2005-ci il tarixdə ailə həyatı qurmuşduq.

Həmin vaxtdan da Müşfiqin yaşadığı atasına məxsus Göyçay rayonu Babək küçəsi 5 nömrəli evdə yaşamaqla həmin ünvanda daimi qeydiyyata düşmüşəm. Hər iki övladımız həmin evdə doğulub və orada qeydiyyatdadırlar.

Müşfiq ailəyə baxmadığı və başqa qadınla yaşadığı üçün aramızda narazılıq yarandı. Buna görə Müşfiq boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etdi”.

Vətəndaş bildirib:

"Göyçay rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyev heç bir müddət təyin etmədən ilk məhkəmə iclasında nigahımızın xitam edilməsinə dair 22 may 2015-ci il tarixdə qətnamə çıxartdı.

Bundan sonra mən iki azyaşlı uşaqlarımla hazırdada qeydiyatda olduğum Göyçay rayonu Bakı küçəsi 5 nömrəli evə köçürülməyimiz üçün təqdim etdiyim iddiamın da təmin edilməməsinə dair 31 iyul 2015-ci il tarixdə qətnamə çıxartdı.

Həmin qətnamədən verdiyimiz apellyasiya şikayətinin təmin eilməməsinə dair Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli 22 oktyabr 2015-ci il tarixdə qətnamə çıxartdı.Bütün bunları məhkəmə genosidi hesab edirik.

Hakim Fərhad Əfəndiyev və Mahir Əsədli bu qanunsuzluqları rüşvət hesabına həyata keçirməklə iki azyaşlı uşağın həyatını məhv etmişdilər. Çünki onlara dövlət qanunları yox Müşfiqin qardaşı Anar Allahverdiyevin korrupsiya yolu ilə qazandığı pullar lazım idi.

Hər iki saxtakar hakimlər öz qanunsuz qətnamələrini 2009-cu il tarixdə qəbul edilmiş qanunla əsaslandırıblar.A ncaq nəzərə almayıblar ki, bu qanun 2009-cu il tarixdə qəbul edilmiş qanundan sonra ailə həyatı qurmuş şəxslərə aid edilməlidir.Biz isə bu qanundan əvvəl 29 noyabr 2005-ci il tarixdə ailə həyatı qurmuşuq”.

Ülviyyə Allahverdiyeva bildirib ki, birgə nigah dövründə həyat yoldaşı Müşfiq 100.000 manatdan çox dəyəri olan avtomobil almış boşanmaq ərəfəsində həmin avtomobili öz adından çıxararaq atasının adına sənədləşdirib: "Bunu təsdiq edən sənədlər var. Bunu da ona görə etmişdir ki, bahalı avtomobilin dəyərinin yarısı bizə düşməsin. İndi hazırda atamın evində çox acınacaqlı darısqal şəraitdə iki azyaşlı uşağımla əziyyət çəkərək yaşayırıq.

Qeyd edim ki, keçmiş həyat yoldaşım Müşfiqin qardaşı Anar Allahverdiyev Azərbaycan Respublikasının Dəmir Yolu İdarəsinin bazsında vəzifədə işləyir. Korrupsiyaya qurşanmış Anar Allahverdiyevin aylıq əmək haqqısı 300 manat olduğu halda onun 500.000 manat qiyməti olan "Bentley" markalı avtomobili alması, İsmayıllı rayonunun Talış kəndində çox dəyərli möhtəşəm villa inşa etdirməsi, Bakı şəhərində möhtəşəm villa alması , qardaşına 100.000 manatdan çox dəyəri olan avtomobil alması ciddi araşdırılmalıdır. 300 manat əmək haqqı ilə milyonlarla dəyəri olan əmlakları əldə etmək qeyri mümkündür.

Həmin əmlakları Anar Allahverdiyev başqalarının adına sənədləşdirmişdir. Azərbaycan Respublikasının Dəmir Yolu İdarəsinin rəisi cənab Cavid Qurbanovun bu korrupsiya faktının araşdırmasına zərurət var.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm rüşvət alıb azyaşlı uşaqlarımı evsiz qoymuş , çöllərə salmış Göyçay rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyevin və Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin barəsində qnunu tədbirlər görəsiniz.

Belə korrupsiyaya qurşanmış hakimlərin Aərbaycan Respublikası adından qərar çıxarması ölkəmizin adına ləkədir. Xahiş edirəm tədbir görəsiniz”.

 
 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az