Hadrudda yaşamaq istəyən azərbaycanlılara nə üçün icazə verilmir?
"Hər ehtimala qarşı, məskunlaşmada yubanmaq lazım deyil. Yuxarı Qarabağa 52 min erməni gətirilibsə, elə təkcə Hadruda 40-50 min əhalimizi məskunlaşdırmaqla onun əhəmiyyətini heçə endirmək mümkündür. Hələ bunun Şuşa və ətraf kəndləri var. Rus sülhməramlılarının nəzarətində olan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə üçün də hesablamalar aparıb ora göndəriləcək əhalimizi hazırlamaq zamanıdır. Gözləməməliyik ki, Bayden nə deyəcək, Makron nə qırıldadacaq və Putin yeni nə hoqqa quracaq... "
Bu fikirləri AMEA-nın əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru,dosent Şahin Bağırov Miq.Az-a bildirib. Alim bununla bağlı maraqlı təkliflə də çıxış edib.
Alim deyir ki, yəqin ki, son nəticədə uzağı Madrid prinsiplərini dirildərək "seçki belə gəldi, konvet belə getdi" - söhbətinə qayıdıla bilər:
"Statusla bağlı referendum tələb olunacaqsa da buna hazırlaşmalıyıq. Hətta Hadrudda Ermənistandan qaçqın düşənlərimizi də yerləşdirmək mümkündür. Halbuki özləri də bunu arzulayır. Amma yay istirahəti üçün dincəlmək məqsədilə orda özü üçün fazenna qurmaq istəyənlərimizi ora buraxmaq olmaz. Yaşayıb-yaratmaq, kənd təsərrüfatıyla məşğul olub ailəsini saxlamaq istəyən istənilən qaçqın vətəndaşlara orda məskunlaşmağa icazə verilməlidi. Halbuki ermənilər livan, Suriya, İraq və s. ölkələrdən erməniləri Qarabağa gətib yerləşdirə bilirlər."-deyə Şahin Bağırov bildirdi.
Alim onu da qeyd elədi ki, ehtimal olunan sitüasiyaların hər birinə hazır olmalıyıq. Ən əsası isə "çomağı yerə qoymamalı" daima müharibəyə hazırlaşmalıyıq!
Miq.Az