Hansı KOMANDİRİMİZ Ermənistana 3 günlük MATƏM YAŞATDI

Hansı KOMANDİRİMİZ Ermənistana 3 günlük MATƏM YAŞATDI

Rayon mərkəzini bombalamağa uçan üç vertolyotu vurub salan 35 yaşlı KOMANDİRİN ölümünə fitva verən şəxsin kimliyi bəllidir

"Əliyar Əliyevin ölümünə fitva verən şəxsin kimliyi bəllidir" -Z.Əliyevdən ŞOK İDDİA

Ermənilərin birinci Qarabağ müharibəsi qorxularından biri Qubadlılı Əliyar Əliyev idi.

Redaktor.az-ın məlumatına görə, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Əliyar Əliyevlə bağlı xatirələrini bölüşüb.

Əliyar Əliyevin rəhbərlik etdiyi alayın topçuları Xocalı qırğınından bir neçə gün sonra yuxarıların əmri olmadan Gorusun altını üstünə çevirmiş, Moskva və İrəvan KİV-i bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazmışdı. Bununla bağlı Ermənistanda üç gün matəm elan edilmişdi, İrəvanda keçirilən mitinqlərdə Əliyar Əliyevə və 3 döyüşçüsünə ölüm hökmü çıxarılmışdı”.

Z. Əliyev vurğulayıb ki, 1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan üç vertolyotu vurub salan da Əliyar Əliyevin döyüşçüləri olmuşdu:

"Gorusun Şurnuxu kəndindəki postu darmadağın etmiş Əliyar və döyüşçüləri 20 rus və erməni silahlısını canlı olaraq ələ keçirmişdi. Onlar işğalın son günlərinədək Qafan-Gorus yolunu nəzarətdə saxlamağı da bacarmışdılar.

Onu nəinki düşmən cəbhədə olan ermənilər, Bakıda vəzifədə oturan ermənilər də öldürmək istəyirdilər. Yəni, Əliyar Əliyevin ölüm hökmü təkcə İrəvanda deyil, Bakıda da verilmişdi. Bakıdan onun ölümünə fitva verən şəxs də, onu öldürmək üçün gedən batalyonunun adı da, kimlərin orda olması da bəllidir. Hətta onu öldürmək üçün Qaranquş adlanan dəstədən 10-a yaxın şəxs belə Qubadlıya getmiş idi. Qaranquş o zaman özünü Qarabağın sahibi sayan, bu gün siyasətdən özünü kənarda saxlayan bir şəxsə tabe idi. Dəstənin üzvləri-İntiqam Qayıbov, Yaşar Şahmuradov, Rövşən Əsədov, Sahib Məmmədəliyev və Nadir Məhərrəmov... Əliyarı öldürmək üçün Qubadlıya gəlib, əllərində silahla rayona daxil olub, rayon polis rəisi Evarist Paşayevi, polis rəisinin sürücüsü Xanlar Nuriyevi, rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu qətlə yetirirlər. Laçın uğrunda gedən döyüşlər zamanı Əliyar Əliyev onu öldürmək üçün gələn adamlar barədə xəbər tutur, əsəbləşir. Deyir ki, mən canımı qoyum, bunlar isə qətlimə fərman versinlər. Əliyar sürücüsü Əlisadət Ağayevlə dağa tərəf qalxmağa başladı. Əl pulemyotunu da özüylə götürmüşdü. Əsgər yoldaşları onun dalınca gedir. Yamacdan meyidlərin tapırlar. Əliyar pulemyotunu bərk-bərk sıxaraq, can vermişdi. Onları snayper vurmuşdu. Ölümündən bir gün əvvəl Əliyar Əliyevin 35 yaşı tamam olmuşdu. 1992-ci il oktyabrın 2-də Laçının 7 kilometrliyində batalyon komandiri, mayor rütbəli Əliyar Əliyevin snayperlə kim tərəfindən vurulması da sual işarəsi altında qaldı. Tikanlı zəmi adlanan yerdə vurulan Əliyarın meyidini də çox çətinliklə çıxardılar”.

Z. Əliyev qeyd edib ki, bütün qələbələrə baxmayaraq Əliyar Əliyev həlak olduqdan sonra qüvvələr geri çəkilir:

"Qarşı tərəfin geri çəkildiyini müşahidə edən düşmən hücumu genişləndirir. Beləliklə oktyabrın 4-də "Laçın"əməliyyatı dayandırılır. Oktyabrın 4-də "Laçın” əməliyyatının dayandırılmasından sonra Laçının yaxınlığında mövqe tutmuş qüvvələr Qubadlıya doğru geri çəkilirlər. Əliyar Əliyevin həlak olmasından sonra 1-ci taborun döyüşçüləri Şurum təpəsindən geri çəkilir. Qubadlı polis dəstəsidə eyni cür addım atır. 3-cü tabor isə Muradxanlı kəndinə qayıdır. Əliyar Əliyevin ölümü isə o zaman ancaq bir nəfərə sərf edirdi. O şəxsə ki, bu gün də sağdır, özünü kənarda saxlamağa çalışsa da, siyasətə son zamanlar girib. O şəxs Qarabağı öz maraqlarına görə qurban verənlərdən biri idi. Lakin onun adını açıqlamaq bu gün mümkün deyil”.

Səni unutmadıq, KOMANDİR...

Ruhun şad olsun..

Qubadlı hələ də işğaldadır, komandir!”.




Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az