Həbib Nurməhəmmədov İŞİD-lə bağlı dindirilib – KİV

Həbib Nurməhəmmədov İŞİD-lə bağlı dindirilib – KİV

Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov İŞİD-lə bağlı dindirilib.


Report xəbər verir ki, bu barədə "Telegram”da yayımlanan "Ploxoy leytenant” telekanalı məlumat yayıb. Hadisə 30 yaşlı dağıstanlı döyüşçünün həmyerliləri ilə Rusiyadan Türkiyəyə uçmaq istədiyi vaxt baş verib.

Rusiya Sərhəd Xidmətinin əməkdaşları Nurməhəmmədovun məşhurluğuna əhəmiyyət verməyərək, onu hava limanındakı nəzarət-buraxılış məntəqəsində sorğu-sual ediblər. Dindirmə üçün gələn əməliyyatçılar az sonra qəzəbli idmançı ilə şəkil çəkdiriblər və onun tezliklə keçməsinə kömək göstəriblər.

"O, Mişa və daha bir əməkdaşla şəkil çəkdirdikdən sonra qalanlarının istəyini rədd edərək, uçdu”, – Rusiya Sərhəd Xidmətinin əməkdaşı söyləyib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov "Diriliş Ertuğrul” serialının çəkiliş prosesini izləmək üçün Türkiyədə olub.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az