Həbs edilən icra başçısı haqda ilginc faktlar...

Həbs edilən icra başçısı haqda ilginc faktlar...


Xəbər verdiyimiz kimi 2018-ci il fevralın 6-da Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Namiq Zeynalov ötən ilin dekabr ayında Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edildi.

Ölkə başçısı İlham Əliyev Namiq Zeynalovun işdən çıxarılmasıyla bağlı qərar verdi. N.Zeynalov Cinayət Məcəlləsinin 179.2.2, (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir. Bununla da məhkəmənin qərarı ilə N.Zeynalov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Əməkdaşımız icra başçısıyla bağlı araşdırma aparıb və məlum olub ki, onu rayonda gözdən salan məsələlərdən biri də kadr islahatlarıdır. Belə ki, 2020-ci ilin aprel ayında sərt karantin rejimində aztəminatlı ailələrə dövlətin verdiyi ərzağı icra başçısının kəndlərdəki nümayəndələri satıb və pulunu mənimsəyib.

Onlardan biri də Muğan kənd icra nümayəndəsi Rəzzaq İsbarovdur. İcra nümayəndəsi aztəminatlı ailələr üçün verilən ərzağın hər bir qutusunu köməkçiləri vasitəsilə 15 manata satıb və pulunu mənimsəyib. R.İsabrovun saxtakarlığı mediada ictimailəşəsndən sonra N.Zeynalov icra nümayəndəsinin maaşının 15 faizini kəsib və ona şiddətli töhmət verib.  
                         
Daha sonra kənd sakinləri sakitləşsin deyə N.Zeynalov R.İsbarovu məzuniyyətə göndərib.

Bununla yanaşı, N.Zeynalov həbs olunmasına az bir vaxt qalmış vaxtilə haqqında Baş prokurorluqda cinayət işi açılan Muğan kəndinin keçmiş bələdiyyə sədri Rasif Həsənovu Muğan bələdiyyəsinin mühasibi vəzifəsinə təyin edib. Həmin cinayət işiylə bu linkdə tanış ola bilərsiniz: ((https://genprosecutor.gov.az/az/post/1117))

Bu isə təbii ki, kənd sakinləri arasında etirazla qarşılanıb. Kənd sakinləri haqqında cinayət işi açılan şəxsə icra başçısının bələdiyyənin mühasibi vəzifəsini həvalə etməsini ona bağışlamayacaqlarını bildiriblər. Hazırda Muğan bələdiyyəsində kifayət qədər saxtakarlıqlar var. Bələdiyyəyə məxsus torpaqların R.Həsənova yaxın şəxslər tərəfindən zəbt edilməsi və dövlətə dəyən ziyanla bağlı gələn yazılarımızda məlumat verəcəyik.
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az