Helikopter dənizə düşdü: Türkiyə gəmisini göndərdi
Türkiyə və İtaliya hərbi gəmiləri İon dənizinə düşən Kanadaya aid helikopterin axtarışlarına cəlb edilib.
Miq.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Türkiyənin "Salih Reis” friqatı (müasir döyüş gəmisi) ilə İtaliyanın "Fasan” friqatı qəzaya uğrayan helikopterin və heyətinin axtarış-xilasetmə işlərinə başlayıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, ötən gün Kanadaya aid "Fredericton” adlı gəmidən havaya qalxan helikopter Kefaloniya adası yaxınlığında radardan itib.
Miq.Az