Həmsədrlər Nikol Paşinyanla görüşüblər

Həmsədrlər Nikol Paşinyanla görüşüblər
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şafer (ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik oktyabrın 15-də Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər.

"Report” "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, görüşdə tərəflər münaqişənin həllinin və qoşunların təmas xəttində atəşkəs rejiminin qorunub saxlanmasının vacibliyini vurğulayıblar.
Diplomatlar Yerevandan sonra Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gələcəklər.
Qeyd edək ki, vasitəçilər daha sonra Bakıya yola düşəcəklər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az