Hər gün 2500 dollarlıq şərab içən AZƏRBAYCANLI QADIN

 Hər gün 2500 dollarlıq şərab içən AZƏRBAYCANLI QADIN

Azərbaycan Beynəlxalq Bankın eks-rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın alış-verişə 35 milyon manat xərcləməsi barədə yazılanlar Türkiyə mediasının da gözündən qaçmayıb.

Türkiyə KİV-i onu "Dünya belə pul xərcləyən qadın görməyib” başlığı ilə təqdim edib.

Xəbərdə xanım Hacıyevanın 21 milyon dolları hara xərcləməsinə dair bəzi maraqlı detallar yer alıb.

Məlum olub ki, Zamirə Hacıyeva hər gün bir şüşəsi 2500 dollar olan şərab içirmiş. Bundan başqa, o, "Boucheron” 200 min dollarlıq broş, "Cartier”dən isə 133 min dollara zinət əşyası alıb.

Onun Londonda xərclədiyi digər pullarla bağlı isə dünən xəəbr vermişdik.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az