Hərbi variant masada: “Vaxtımız yoxdur” - Tehrana sərt xəbərdarlıq

Hərbi variant masada: “Vaxtımız yoxdur” - Tehrana sərt xəbərdarlıq

"Danışıqlarında itirilən zaman İranın nüvə proqramına davam etməsinə imkan verir”.

Miq.Az xəbər verir ki, bunu İsrail Xarici işlər naziri Yair Lapid ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşündə deyib.

"Hər keçən gün, itirilən hər an İranı nüvə bombasına bir addım daha yaxınlaşdırır”, - nazir bildirib.

Lapid İranın nüvə proqramı ilə bağlı dünyanı aldatdığını vurğulayıb: "Mən və cənab Blinken Holokostdan sağ çıxan ailələrin övladlarıyıq. Bir xalqın dünyanı pislikdən qorumaq üçün nə vaxt gücdən istifadə etməli olduğunu bilirik”.

O, İsrailin özünümüdafiə hüququnu özündə saxladığını söyləyib: "Diplomatiya uğursuz olarsa, bütün digər variantlar masada olacaq. Buradakı hər kəs "başqa variant”ın nə demək olduğunu başa düşür və Tehran da bunu başa düşür”.

Nazir artıq nəticəsiz danışıqların uzadılması üçün vaxtın olmadığını dilə gətirib.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az