Həştərxan ilə Bakı arasında birbaşa aviareys açılacaq

Həştərxan ilə Bakı arasında birbaşa aviareys açılacaq
Rusiyanın Həştərxan vilayəti ilə Bakı arasında 2019-cu ilin yazında birbaşa reys açılacaq.

"Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi münasibətləri üzrə naziri vəzifəsini icra edən Denis Afanasyev bildirib.
O qeyd edib ki, Azərbaycan Hava Yolları (AZAL) dörd illik fasilədən sonra yenidən Həştərxana reys həyata keçirəcək: "Belə ki, reyslərin həftədə iki dəfə həyata keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə uçuşlar 1 saat 30 dəqiqə və 1 saat 15 dəqiqə çəkir. Hazırda texniki məsələlər ilə yanaşı, marketinq siyasəti ilə bağlı müzakirələr aparılır.
D.Afanasyev bildirib ki, "Turkish Airlines” Həştərxan hava limanını tərk edib: "Bu mənada Bakı hava limanı Şərqlə Qərb arasında kəsişmə nöqtəsi ola bilər”. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az