Həyat oyunlarının mütəxəssisi- "Sən"

Həyat oyunlarının mütəxəssisi-
Xatirə Səfərova
Klinik psixoloq

Təhlükə sərhəddi
 
Elə bir insan tanıyırsanmı ki, öz problemini sevsin? Hal-hazırda səni narahat edən problemlər menyusuna nəzər sala bilərsən.

-İşdə arzu olunmaz hallar 
-maddi  problemlər
-münasibətlərdə uğursuzluq
-özünlə  barışıq olmamaq
-qorxularınla bacarmamaq
-arzular qura bilməmək
-tənbəllik 
-konfliktlər
-keçmişin və s.

Ağıl darıxmagı sevmir-bəzi insanlar üçün darıxmaq ölümdən betərdir. Özünü  ölü  hiss  etməmək üçün –təhlükə  sərhəddinə  qədər yönəlirsən. Hansı oyununu  oynamağına  baxmayaraq  buna  vərdiş  edirsən. Oyunun  pul  oynudursa –daha  çoxuna  meyl edirsən, mötəbərlik oyunudursa-daha  zirvələrə cəhd  edirsən, sevgi   oyunudursa  acılara qədər gedirsən, yaxşılıq  etməkdirsə -düşmənçiliyə  qədər  yol  qət edirsən, özünü  tapmaqdırsa –itirənə qədər xərcləyirsən  və  nəhayət  ki,  hisslərimizin   narkomanı   oluruq.  Oyunun   nəşəli  ehtirası   bizi -ruhumuzu 100 dərəcə selsidə  qaynadana  qədər  əl  çəkmir. Yalnız  və  yalnız  100  dərəcə selsidə  sən   hisslərini sıfırlayıb   yeni- oyunun   axtarışına   qərq  olursan.  Üzərinə   yaş   gəlir  və sən   yolun  bir   hissəsini  qət etmiş olursan –lakin  arxadakı   qazandığın   tarixə   nəzər   salanda   qaralama   dəftərçəsinə   bənzəyir-çünki   hələ də   nə   istədiyini   planlamamısan.  "A” punktundan –"B” punktuna   gedəcəyin   məsafədə dəfələrcə   digər   punktlarda   zaman   öldürmüsən.  Nəhayət   qış   yuxusundan   ayılanda   sadəcə  "B” punktuna   artıq   zaman   itirmədən   yola   düzəlmək   istəyirsən,  sadəcə   buna   yaşadığın hisslər mane olur-oysa ki, dağı   coxdan   dağ  üstə qoymuşdun.
Əslində   sən   dərk   etsən ki, zamanını    vaxtı   ilə   udan   vasitələr   sənə   bir   hədiyyədir –sən qaralama  dəftərini   əlyazma   hesab  edib onu tarixə çevirə bilərsən.  Bütün   bu   yaşadıqlarının dadına   baxdıqdan   sonra   qərar   verə   bilərsən   ki,  sənə   nə   lazımdır?-  Darıxmaq və ya oyun?  Və   ya   bu   mənim  oyunum   deyil   deyib –yükünü   çiynindən   ataraq –istiqamətini   dəyişmək   səni başqa bir   varlığa  çevirəcək.

Sənə nə lazımdır?

Oyunları dərk etmək ya hisslərini? 

Düşünürəm   oyunlar   həyat   surprizləridir   onlar   təbii   hadisəyə   bənzəyir  -sən   sadəcə   oyunlar haqqda   proqnozu  əldə edə bilərsən –lakin   selin qarşısını  ala bilməzssən.  Qaldı   ikinci   variant hisslərini  dərk etmək –bəli   təbii   hadisədən  fərqli   olaraq   sənin   oyunlara   qarşı şüarın,  fəlakətin,  zəlzələn, göy  qurşağın,  payızın,  qışın –fikirlərindədir.  Fikirlərin   isə  fabrikinin   xammal   məhsuludur-belə   çıxır ki,   istəsən   özünün    rəhbərin   ola  bilərsən-eyni   zamanda   bu   fabriki   kiməsə   kirayədə   verə   bilərsən  ki,  istədikləri   kimi   istifadə   etsinlər.
Darıxmaq   sənin   zəngli   saatındır –o bir   məqsədlə   səslənə  bilər –"Oyan”   Səyahətin   hələ   davam edir.  Eyfo-hisslər –heç də  oyunda   qələbə   çalmaqdan   ibarət  deyil.  Oyunu özündə  qura   bilərsən və   hətta   istəsən   özünü    oyunçu da   edə bilərsən.  Qəhrəmanlıq   isə -oyunun   içindəki oyuncaqlardan imtina etməyi bacarmaqdadir . Heç nə bitmir –sadəcə   hər   şey   təkrarlanır-lakin hisslərinin   detallarına   qədər   cavabdeh    olduqda, bu   oyunların   ssenarisində   rollarını   təyin   etməyi   bacarırsan   və   dediyim   kimi   istəsən   özünü   müxtəlif   rollarda   təyin    edə bilirsən.  Bu   isə o   deməkdir ki, -"Sizi   təbrik   edirəm  siz "Həyat   oyunlarının   mütəxəssisi”   üzrə   kainat   dərəcəli sertifikata  layiq  görüldüz!
İndi  isə  5 dəqiqəlik  öz  filminə   bax.

Film  ağ  qara - çəkilib və müxtəliv növ personajlar var.  Süjet  xətti yoxdur –gah  şirsən,  gah dovshan.  Hər gün bir  fəsildəsən və qarderobun   qarışıb  lap- bBraziliya  serialları kimi  ancaq   bir məkanda   hər   şey   cərəyan   edir-etdiklərinə   vərdiş   etdiyin   üçün,  türk   serialları kimi  aşk acısı yaşayırsan    və bu drammalı kliplə özünə acı verməkdən həzz alırsan,  Azərbaycan serialları kimi –hər nə  varsa zarafata salıb ancaq yeməklə kompensasiya   edirsən duyğularını.

Zaman   hələ  sənin  üçün –mənim  üçün  bitməyib və bizi  gözləyir  şossedə.  Problemlər  bizə sağ olduğumuzu  xatırladır.
Eyfo-hisslərə  qapanıb  böyük "Mən”-ni  qidalandırdığın  zaman  göylərdə qanad alıb uçursan –lakin unudursan ki, kiçik "Mən” ac  qalarsa, səndən elə qisas   alar   ki,  qanadlrını   sındırıb göylərdən   səni   yerə   salar.  Qəm-qüssə, kədər,  xöşbəxtlik  və s  bütün  bunların  hamısını insan yaşamalıdır!  Lakin   bir məqsədlə -ondan belə həzz almagı öyrənməlidir.  Əks təqdirdə  dərk edilməmiş  hisslərinlə  rinqdə  qaydasız  döyüş  kimi  məhv  olana  qədər vuruşacaqsan.  Daxilindəki bagı bagbansız qoyma.
Vərdişlərində yaşamaq daha rahatdır  deyə -bəhanələrin və ümüdsizliyin səni ac qurd kimi udacaq!  
Sadəcə izlə və bütün qorxuların geri çəkiləcək. 
Darıxmaq sənin zəngli saatındır o bir məqsədlə səslənə bilər "Oyan”.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az