"Hiss edirsinizmi ki, dövlət sadəcə yoxdur?" - erməni jurnalistdən Paşinyana şok ittihamlar


Erməni jurnalist Aqasi Enokyan Paşinyan hakimiyyətinə qarşı şok ittihamlarla çıxış edib.

Miq.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, jurnalist "Facebook" səhifəsindəki paylaşımda iqtidarı kəskin tənqid edib. Koronavirus pandemiyası, Ermənistanın milli valyutası olan dramın məzənnəsi, sosial-iqtisadi, ictimai-siyasi problemlərə toxunan A.Enokyan müharibədəki məğlubiyyətə, itkin düşən şəxslər və əlillərə olan münasibətə görə Paşinyanın məsuliyyət daşıdığını bəyan edib.

"Hiss edirsinizmi ki, dövlət sadəcə yoxdur? Dövlət yoxdursa, baş nazir nəyə gərəkdir?", - deyə jurnalist etiraz edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az