Hörmüz boğazından neft daşınması məhdudlaşıb - Səbəb

Hörmüz boğazından neft daşınması məhdudlaşıb - Səbəb

Səudiyyə Ərəbistanı və Braziliyanın neft şirkətlərinin tankerləri Hörmüz boğazından keçməkdən imtina edib.

Səudiyyə Ərəbistanının "Bahri” və Braziliyanın "Petrobras” neft şirkətləri təhlükəni nəzərə alaraq boğazdan istifadə edərək neft daşımayacaqlarını bəyan ediblər. Həmçinin "Bahri” şirkəti müştərilərinə tələsməməyi məsləhət görüb.

Qeyd edək ki, iranlı generalın öldürülməsi və buna cavab olaraq İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbələri endirməsi Yaxın Şərqdə siyasi vəziyyəti gərginləşdirib.

Dünya bazarına çıxarılan neftin 20 faizi məhz Hörmüz boğazından daşınır. Boğazda ABŞ və İranın hərbi gəmilərinin sayının artması vəziyyətin heç də ürəkaçan olmadığını göstərir. Bu fakt dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyəcək(azərtac).

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az