Hüseynqulu Bağırov biznesə başladı: Eyni anda 2 zavod tikdirir

Hüseynqulu Bağırov biznesə başladı: Eyni anda 2 zavod tikdirir
Sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu BağırovSalyan rayonunda 2 zavod inşa etdirir.

Miq.az
xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Hüseynqulu Bağırov rayonun Xıdırlı kəndində Zeytun Yağı Emalı zavodu və Quru meyvələr hazırlanması üçün müəssisə tikdirir.

Məsələ ilə bağlı unikal.org-a açıqlama verən Salyan Rayonu Xıdırlı kənd icra nümayəndəsi Elçin Nəzirov keçmiş nazirin müəssisə tikdirməsini təsdiqləyib:

"Mən özüm də Hüseynqulu müəllimi görmüşəm. Özü işlərin gedişi və tikinti işləri ilə şəxsən maraqlanır. 2 zavod tikilib. Bunlar Zeytun yağı emalı və Meyvə qurusu zavodlarıdır. Hazırda Zeytun yağı emalı zavodunun inşası prosesi yekunlaşır. Təxminən iyun ayının əvvəli açılışı olmalıdır. 4 saylı yaşıllaşdırma idarəsinin saldığı zeytun ağaclarının meyvələrindən zavodda istifadə ediləcək. Həmin bu ekologiya idarəsinin əkdiyi ağacların zeytunları əvvəllər Hövsan qəsəbəsinə göndərilirdi. İndi bura veriləcək və burada zeytun yağı emal olunacaq”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az