İcra başçısı daha bir məmuru vəzifədən azad etdi

İcra başçısı daha bir məmuru vəzifədən azad etdi

Binəqədi Rayon İcra İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbad İbrahimov vəzifəsindən azad olunub.


Modern.az xəbər verir ki, bununla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bir neçə gün bundən əvvəl əmr imzalayıb.

Həmin vəzifəyə təyinat olmayıb.

Xatırladaq ki, iyunun 6-da prezident İlham Əliyevin sərəncamı ilə Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. E.Allahverdiyevdən öncə İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov idi.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az