“İki il əvvəlki şəkli dünən yayırlar”- Açıqlama

“İki il əvvəlki şəkli dünən yayırlar”- Açıqlama

 

"Gül bayramından çəkilmiş adi bir fotonu yersiz vaxtda, şişirdilmiş şəkildə təqdim ediblər və müxtəlif əsassız yozumlar, şərhlər verməyə başlayıblar.

Bunu Salyan rayon icra başçısının müavini Rəşad Cəbrayılov bildirib.

O, icra başçısı Tahir Kərimovun Gül bayramında çəkilmiş şəklinin "Facebook”da yayımlanmasına münasibətini açıqlayıb. Başçı müavini qeyd edib ki, fotonun paylaşılması çox mənasız bir işdir:

"Bu şəkildə qeyri-adi bir hal yoxdur. Gül bayramı olub, icra başçısı tədbirdə iştirak edib və fotonu indi yayıb mənasız şərhlər verirlər.

Öz fantaziyalarının məhsulundan istifadə edərək lüzumsuz replikalar yazırlar. Əgər başqa maraqları yoxdursa, niyə iki il əvvəl çəkilən şəkli dünən yayırlar?

Bu foto bir gül kompozisiyasıdır. İcra başçısı tədbirə gedən zaman uşaqlar onu güllərlə qarşılayıblar.

Bu, əvvəlcədən planlaşdırılmış şəkildə baş tutub. Yazılanların heç biri doğru deyil. Müxtəlif saytlar icra hakimiyyətinə zəng edib, bu addımı pisləyirlər. İndi sual olunur kim və nə istəyir?”

R.Cəbrayılov bildirib ki, bu fotonu ilk paylaşan Günel Mövlud Azərbaycandan qaçıb: "Xaricdə sığınacaq alıb, dövlət əleyhinə təbliğat aparır. Xarici donorların qrantı ilə qidalanan bir adamdır”.

Bu tədbir təhsil müəssisələri tərəfindən hazırlanıb. Həmin gül çələnginin altından təkcə icra başçısı deyil, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin rəhbərləri, işçiləri, eləcə də digər vətəndaşlar da keçiblər.


 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az