"İDEAL"DAN MÜŞTƏRİLƏRƏ KUPON KƏLƏYİ

Son zamanlar  "İdeal" mağaz aşəbəkələrindən istehlakçıların əksəri narazılıq edir.

 Vaxtı keçmiş  və ya saxta kosmetik vasitələrin satılmasından şikayət edən müştərilər indi də  tətbiq edilən kupon kampaniyasından narazıdır. Fuad Kərim adlı istifadəşi bu barədə sosial şəbəkədə öz etirazını belə ifadə edib : "Şikayətim IDEAL mağazasındandır. (konkret olaraq 28mall filialı). Alınan mallara bu cür kupon verməklərinə baxmayaraq istifadəsinə qeyri müəyyən məhdudiyyətlər qoyurlar. Kuponu təqdim etməyimə baxmayaraq, məndən alınmış köhnə malın çekini tələb edirlər. Halbuki, bu tələb kupon üzərində qeyd olunmayıb və yeni alınacaq mala heç bir aidiyyatı yoxdur. Əməkdaşlarından səbəbini soruşduqda isə - "Bu bizim şirkətin daxili şərtlərindən biridir" deyirlər. Başa düşə bilmirəm, daxili şərt nə deməkdir? Məncə kampaniyanın şərti kuponun üzərində qeyd olunmalıdır axı? köhnə alınmış malın çeki nəyə lazımdır? mən axı malı qaytarmağa gəlməmişəm" //Tia.az

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az