İlham Əliyev: "Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək"

İlham Əliyev:
Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək.

Miq.az Trend-ə istinadən xəbər verir ki, bunu yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N" hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilərlə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, münaqişənin həlli çox sadədir:

"Birinci, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy əbəs yerə gözləməsin, bu olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Həm tarix, həm də bütün dünya belə qəbul edir".
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az