İlham Əliyev: "Ümid edirəm, Ermənistan deyəcək ki, onların da bizimlə heç bir problemi yoxdur"
"Ölkəmizdə islahatlar - kadr islahatları, struktur islahatları, iqtisadi islahatlar, sosial sahədə islahatlar aparılır”.
Miq.Az bildirir ki, bunu Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında istehsal müəssisələrinin təməlqoyma və açılış mərasimlərindən sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.
"Bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır. Siyasi sabitlik, xalq-iqtidar birliyi, əmin-amanlıq, coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, - bu, çox önəmlidir, - ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər, heç bir ölkə ilə problemin olmaması. İndi mən ümid edirəm, müəyyən müddətdən sonra Ermənistan da deyəcək ki, onların da bizimlə heç bir problemi yoxdur. Çünki əsas məsələ bunda idi, onlar bizim torpağımızı işğal etmişdilər. Onlar bizə qarşı soyqırımı törədiblər. Onlar bizim şəhərlərimizi yerlə bir ediblər. Biz, sadəcə olaraq, özümüzü müdafiə etmişik, lazımi səviyyədə müdafiə etmişik və işğalçıları torpaqlardan qovmuşuq”, - deyə dövlət başçısı vurğulayıb.
Miq.Az