İlham Əliyev çıxış etdi - İlk Sessiya / Yeniləndi

İlham Əliyev çıxış etdi - İlk Sessiya / Yeniləndi

Fəttah Heydərov beşinci çağırış Milli Məclisin ilk iclasında çıxış üçün sözü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verib.

VİZUAL.az xəbər verir ki, dövlət başçısı beşinci çağırış Milli Məclisin birinci iclasında nitq söyləyib.

***

12:05

Bu gün V çağırış Milli Məclisin (MM) ilk sessiyası başlayıb.

Yeni tərkibdə MM-in ilk iclasına ən yaşlı deputat Fəttah Heydərov sədrlik edir.

Dövlət Himninin səsləndirilməsindən sonra iclas açıq elan edilib.

İclasda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Dövlət başçısının iclasda geniş nitq sözləyəcəyi gözlənilir.

Daha sonra MM sədri, sədrin müavinləri, parlamentin komitə sədrləri və komitə sədrlərinin müavinlərinin seçilməsi nəzərdə tutulur.

***

11:05

Bu gün V çağırış Milli Məclisin ilk sessiyası keçiriləcək.

Məlumata görə, Milli Məclisin ilk sessiyasında Milli Məclisin sədri və sədrin müavinləri seçiləcək. Sessiyada parlamentin komitə sədrləri və komitə sədrlərinin müavinlərinin seçilməsi də nəzərdə tutulub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az