İlham Əliyev Nepal prezidentinə məktub göndərdi

İlham Əliyev Nepal prezidentinə məktub göndərdi

Prezident İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Zati-aliləri xanım Bidhya Devi Bhandariyə məktb göndərib.

Miq.Az məktubun mətnini təqdim edir:

"Hörmətli xanım Prezident,

Nepal Federativ Demokratik Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin inkişafı üçün yaxşı imkanlar mövcuddur.

Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah və əmin-amanlıq arzulayıram".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az