İlham Əliyev Trampın qəbuluna qatıldı FOTOLAR

İlham Əliyev Trampın qəbuluna qatıldı FOTOLAR

Prezident birinci xanım və qızı BMT-nin müzakirələrinin açılışında iştirak edib

Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında ümumi müzakirələrin açılışı olub. Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Ümumi müzakirələrin açılışında çıxış edən BMT-nin Baş katibi Antonio Quttereş hazırda dünyada bir çox problemlərin olduğunu vurğuladı, ölkələr arasında etibar və etimadın aşağı düşdüyünü bildirib. 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp BMT-nin fəaliyyətinin daha da səmərəli olmasının vacibliyinə toxunub. O vurğulayıb ki, dövlətlər xalqların maraqlarını və gələcəyini müdafiə etməlidir. ABŞ Prezidenti dedi ki, biz birlikdə çalışmalıyıq və təhdidlərə qarşı bir olmalıyıq. Donald Tramp Türkiyə, İordaniya və Livana Suriyadan olan qaçqınları qəbul etdiklərinə görə minnətdarlığını da bildirib.

Baş qərargahda rəsmi dövlət naharı da təşkil olunub. Azərbaycanın dövlət başçısı naharda iştirak edib.

İ.Əliyev Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və xanımının adından BMT-nin Baş Assambleyasının 72-ci sessiyası ilə əlaqədar təşkil edilən qəbula da qatılıb.

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az