İlham Əliyevdən inqilabı addım: qoca icra başçıları arxivə göndərilir - Siyahı

İlham Əliyevdən inqilabı addım: qoca icra başçıları arxivə göndərilir - Siyahı
Ölkədə yaşlı rayon icra hakimləri vəzifəsindən kənarlaşdırıla bilər; Hakimiyyətin gəncləşmə siyasətinin davamı kimi regionlara xarici təhsilli, perspektivli kadrların təyin olunması nəzərdə tutulur...

Politika.Az-a daxil olan xəbərə görə, prezident İlham Əliyev hakimiyyətdəki komandanı refreş etmək və vitrini yeniləmək siyasətini davam etdirir. 

Dövlət başçısı özü kimi xarici dilləri bilən, Qərb ölkələrini görmüş gənc kadrları rayonlarda icra başçısı təyin etməyə hazırlaşır. 

Bu prosesin yeni ildən başlanması gözlənilir. Ardınca bir-bir hansı regionlarda yaşlı icra başçıları varsa postunu tərk edəcək. 

İqtidardakı mötbərən qaynaqlardan sızan xəbərlərə görə, artıq siyahıda bəzi icra başçılarının adları yer alır. 

Hazırda ilkin məlumata görə, Ağsunun icra başçısı Ənvər Seyidəliyev, Beyləqanın icra hakimi Vaqif Abdullayev, Samuxun rəhbəri Alı Qocayev vəzifəsindən uzaqlaşdırıla bilər. 

Həmçinin, Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev, Tovuzun icra hakimi Tofiq Zeynalov, Masallının icra başçısı Rafil Hüseynov da nəzərdə saxlanıb. 

Mənbə qeyd edir ki, kadr islahatları nəticəsində ölkəni irəli apara bilən, investor cəlb etməyi bacaran, müasir texnologiyadan daha çox bilikləri olan, islahatçı kadrların vəzifələrə yerləşdirilməsi hədəflənib. 

Prezidentin prioritet addımlarından biri də hakim komandanı gəncləşdirməkdir. Bu islahatların nazir və komitə sədrləri, müavinləri barədə olacağını xəbər vermişdik. Növbə icra başçılarına çatıb. 

Prezident İlham Əliyev gənc islahatçılardan ibarət komandanın təşkili istiqamətində siyasətini möhkəmləndirəcək. Hakimiyyətin müxtəlif postlarında yerləşmiş məmur ordusu var ki, müasir texnoloji biliklərdən uzaqdır. 

İcra hakimiyyətlərində komputeri bilməyən, sms oxumağı bacarmayan, sosial şəbəkələrdən uzaqda olan əli qırışlı, qocalmış, pensiya yaşında məmurlar işləyir. Eləcə də NK-də veteranlar çoxdur. 

Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər. İqtidar komandasının çoxdan yenilənməsinə ehtiyac var. İ.Əliyevin hakimiyyəti dəyişmək siyasəti nəticəsində islahatlar intensivləşə bilər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az