“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan

“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan

Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan sensasion bəyanatla çıxış edib. Virtualaz.org "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, Azərbaycan hakimiyyəti ilə operativ rabitə qurulub.

Baş nazir vəzifələrini icra edən qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində misli görünməmiş sakitlik hökm sürür. Paşinyan bunu sentyabrın sonunda Düşənbədə əldə edilmiş razılıqların nəticəsi hesab edir.

"Azərbaycan hakimiyyəti ilə, razılaşdığımız kimi, etibarlı operativ rabitə qurulub. Zərurət yarandıqda məlumat yarım saat ərzində Azərbaycan prezidentinə və əks istiqamətdə çatdırılacaq. Əlbəttə, hər dəfə əlaqə saxlamırıq – yalnız zərurət yarandıqda”, – Paşinyan izahat verib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az