İnam Kərimov “ASAN xidmət”in hansı direktorunu nazirliyə aparıb? - Rəsmi AÇIQLAMA

İnam Kərimov “ASAN xidmət”in hansı direktorunu nazirliyə aparıb? - Rəsmi AÇIQLAMA

Ölkə başçısının sərəncamı ilə "ASAN xidmət”in sədri İnam Kərimov kənd təsərrüfatı naziri təyin edilib. Bu təyinatın ardınca "ASAN xidmət”in mətbuat xidmətinin rəhbəri Anar Hüseynov da nazirliyə transfer edilib.


Dünəndən etibarən bəzi mətbuat orqanlarında İnam Kərimovun daha 4 təyinat həyata keçirdiyinə dair informasiyalar dolaşır. İddialara görə, 3 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Seymur Mövlayev, 5 saylı Bakı "ASAN xidmət”  mərkəzinin direktoru Adil Qasımov, "ASAN xidmət”in İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev, həmçinin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyev Kənd Təsərrüfatı Nazirliyinə təyinat alıblar.


Məsələ ilə bağlı Modern.az-a açıqlama verən nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Hüseynov hazırda qeyd edilən təyinatların real olmadığını bildirib:


"Mənim özümlə bağlı təyinat oldu və açıqladıq. Hələlik qeyd edilən təyinatlar olmayıb. Əgər olarsa belə, burada gizlədiləcək məqam yoxdur”.


Nazirlik rəsmisi deyib ki, yeni təyinatlar olacağı təqdirdə ictimaiyyətə açıqlama veriləcək. 

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az